Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq
17 2024 15:21

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib. 
O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib.

“Paytaxtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Lənkəran və Biləsuvarda peşə təmayüllü liseylərin yaradılması peşəkar kadrların yetişdirilməsinə kömək edir.

İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu gördük. Müsabiqə qalibləri dünyanın ən aparıcı universitetlərinə qəbul olublar. Təkcə ötən il 40 məktəblimiz dünyanın populyar universitetlərinə qəbul olub. Bu, hələ ilkin mərhələdir və belə uşaqların sayı artacaq. Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq. Hədəfimiz hər bir bölgədə peşə təmayüllü liseylərin qurulmasıdır”, - deyə nazir vurğulayıb.


30 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + VİDEO

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Apr 2024
Cəmiyyət

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.